"Ümumiyyətlə ürək xəstəlikləri nəinki Azərbaycanda, dünyanın bütün ölkələrində ölüm səbəbi olaraq birinci sırada durur. Ürək xəstəliklərinin ən böyük səbəbi genetik faktor ilə bağlıdır. Yəni ata və anada bu xəstəlik varsa, övlada da keçmək ehtimalı yüksəkdir".
Bu fikirləri Faktmedia.az-a açıqlamasında invaziv kardioloq Şəmşir Vəliyev deyib.
Onun sözlərinə görə, bundan əlavə yanaşı olaraq digər təsirlərin də rolu böyükdür:
"Stresli həyat, zərərli vərdişlər, ernegetik içkilər və bir çox hallarda insanda digər xəstəliklərin (şəkərli diabet, arterial hipertoniya və s) mövcudluğu ürək xəstəliklərinə gətirib çıxardır. Təbii ki, bu vərdişlərdən uzaq durduğumuz zaman və digər xəstəliklərin də vaxtında müalicəsi ürək xəstəliklərin qarşısını aldırır. Passiv həyat rejimi, gərgin iş rejimi, yuxu pozğunluğu, zamanında istirahətə vaxt ayırmaması da ürək xəstəliklərin əsas səbəblərindəndir. Burada qidalanmaya da xüsusi diqqət yetirmək vacibdir. Son zamanlar vaksinasiyanın ürək xəstəliklərinə gətirib çıxarması ilə bağlı şayələr yayılır. Bu şayiələr özünü doğrultmur və heç bir elmi sübutu yoxdur".
Havar Şəfiyeva