"İcbari Tibbi Sığorta ilə, dövlət mülkiyyətində olan xəstəxanalarda müalicə məsələsi dünyanın hər yerində müəyyən növbəli sistem əsasında həyata keçirilir, yəni randevu alınır, həkimin qəbuluna yazılır, növbə gəlib çatanda xidmətdən istifadə edir. Amma, özəl sektorlarda dərhal xidmətlərdən istifadə olunur. Eyni zamanda, özəl sektorda mümkün qədər yeni tibbi avadanlıqlar olur".
Bunu Faktmedia.az-a açıqlamasında tibb eksperti Adil Qeybulla deyib. Professor əlavə edib:
"Dünyanın hər yerində bu belədir. Amma burada inamdan söhbət gedə bilməz, yəni dövlət xəstəxanalarında da kifayət qədər təcrübəli, səviyyəli həkimlər var, özəl sektorlarda da var. Sadəcə, bu gün bir az randevu sistemi yoxdur, camaat axışır dövlət xəstəxanalarına, orada xidmətin keyfiyyəti aşağı düşür və insanlarda narazılıq yaranır. Amma, bir şeyi nəzərə almalıdırlar ki, dünyanın hər yerində bu randevu sistemi ilə həyata keçirilir. Nəzərə alsaq ki, bir balaca diskomfort hiss edən adam həkimə qaçır, müalicə, müayinə də pulsuzdur. Belə böyük axının qarşısını almaq üçün lazımdır ki, növbəli sistem yaransın. Bəzən bu növbələr xeyli müddət çəkə bilir və belə olan halda insanlar özəl xəstəxanalara üz tuturlar. Bu Almaniyada da, İngiltərədə də, digər ölkələrdə də belədir. Mən burada xüsusi bir fərq görmürəm".
Rəna Həsənova