“Mədəkiçiltmə əməliyyatı şəkərli diabet xəstələri üçün uyğundur. Bu əməliyyatdan sonra bədəndə şəkər səviyyəsi aşağı enir. Təbii ki, hər xəstəyə görə bu dəyişə bilər. Bu səbəbdən də əməliyyatdan öncə mümkün analizlər aparılmalıdır”.
Bunu Faktmedia.az-a müsahibəsində bariatrik-metobolik cərrahiyyə uzmanı Ayxan Abbasov deyib.
Həkim qeyd edib ki, mədəkiçiltmə və balon əməliyyatının təyin edilməsində bədən kütlə indeksi əsas hesab edilir. Buna uyğun hansı əməliyyatın icra edilməsinə qərar verilir. Bu əməliyyatlar ciddi olduğu qədər də sağlamlıq üçün olduqca faydalıdır.
Sevinc Hüseynova