“Davamlı olaraq ayaq üşüməsinin müxtəlif səbəbləri ola bilər. Daha çox aşağı ətrafların damar şəbəkəsində yaranan problemlər və diabet xəstələrində müşahidə edilir. Bütün hallarda bunu özündə davamlı olaraq hiss edən insanlar mütləq həkim müayinəsindən keçməlidirlər. Müayinələr müxtəlif şəkildə aparıla bilər. Hər bir halda laborator analizlər həyata keçirilməlidir. Problemi yaradan səbəbin ortaya çıxarılması üçün mütləq şəkildə bunu etmək lazımdır”.
Bunu Faktmedia.az-a açıqlamasında terapevt-homotoksikoloq Arzu Musayeva deyib.
Həkim bildirib ki, dizdən yuxarıda olan damarlarda baş verən problemlərin həlli daha asandır. Amma dizdən aşağı olan damarlarda baş verən hansısa problemlərin həll edilməsi daha ciddi həyata keçirilməlidir. Bəzən son ümid olaraq interaktiv təbabətin müalicə üsulları tətbiq edilir və problem aradan qaldırılır.
Bəsti Məmməd