“Günümüzün qlobal problemi artıq çəki və piylənmədir. Bu nəyinki bizdə, bütün dünyada belədir. İnsanlar əvvəlki illərlə müqayisədə daha az fiziki hərəkət edir və sağlam qidalanmırlar. Piylənmə artıq xəstlik halını alıb. Bunun qarşısını almaq ilk olaraq insanın özündən aslıdır”.
Bunu Faktmedia.az-a açıqlamasında bariatrik-metobolik cərrahiyyə uzmanı Ayxan Abbasov deyib.
Həkim qeyd edib ki, artıq çəki yalnız estetik görünüş problem yaratmır, eyni zamanda müxtəlif xəstəliklərin yaranmasında başlıca rol oynayır. Bəzən xüsusi dietalar və pəhrizlər çəki atmasına kömək etməyə bilir. Bu zaman artıq cərrahi müdaxilə zəruri olur. Bariatrik cərrahi əməliyyatın heç bir zərəri yoxdur. Düzgün şəkildə müayinə və müalicə tətbiq edilərsə, xəstə normal həyatına dərhal dönə bilər.
Bəsti MƏMMƏD