Xəbər verdiyimiz kimi,Sumqayıtda xəstəxanada vəfat edən 3 aylıq körpənin atası hüquq-mühafizə orqanlarına müraciət edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xaçmaz rayon sakini, 1992-ci il təvəllüdlü R.Mirzəyev aprelin 4-də etdiyi müraciətdə 3 aylıq övladının Sumqayıtdakı “Nesta Med” klinikasının həkiminin səhvi ucbatından öldüyünü iddia edib.
O, bildirib ki, martın 31-də övladını klinikaya aparıb və Bəxtiyar adlı həkim körpəni müalicə edib. Lakin az sonra uşaq dünyasını dəyişib.
R.Mirzəyevin müraciəti ilə bağlı araşdırmalara başlanılıb.
**
Qeyd olunan məlumatla bağlı İNFOAZ.WS-ə NessaMed klinikasından məlumat verilib,3 aylıq uşağın ailəsi martın 25-də günorta saat 15-00 radələrində klinikaya müraciət edib.Tibbi yoxlanış zamanı həmçinin qanın ümumi analizinin nəticəsinə əsasən uşağın virus infeksiyasına yoluxduğu həkim tərəfindən aşkarlanıb ancaq uşağın ümumi vəziyyəti yaxşı olduğu üçün heç bir iştahsızlıq,hərarət və təngənəfəslik əlamətləri olmadığı üçün uşaq ev şəraitində müalicəyə buraxılıb.
Həmçinin yanaşı gedən anadangəlmə ürək qüsuru olduğu üçün valideynlərin tez-tez həkimlə əlaqədə olmaları tapşırılıb.Çünki uşağın vəziyyəti hər an dəyişilə bilərdi.
Valideynlərin hər gün həkimə verdiyi məlumata görə,uşağın durumu günü-gündən yaxşılaşıb,lakin uşağın digər ciddi xəstəlikləri olduğu üçün onun durumu anidən dəyişib və uşaq Bakıda özəl klinikaların birinə aparılıb.Ordada ilkin tibbi yardım göstərildikdən sonra uşağın vəziyyətində yaxşılaşma olub.Lakin uşaqdan götürülən digər analizlərə əsasən uşaqda leykoz xəstəliyindən ciddi şübhə olduğu üçün klinikada saxlanılıb.Müxtəlif müayinə və müalicə aparılmasına baxmayaraq uşaq elə həmin klinikada dünyasını dəyişib.