Azərbaycanda bu gündən etibarən sosis-kolbasa məmulatlarının qiyməti artırıb.
Faktmedia.az xəbər verir ki, marketlərdə kolbasa məmulatları 1-2 manat bahalaşma ilə alıcılara təklif olunur.
Məsələ ilə bağlı bir neçə marketdə olduq. Satıcılar saytımıza bildirdilər ki, bahalaşmaya səbəb onlar deyil.
Artıq onlara mal satan şirkətlər qiymətləri bahalaşdırıb. Buna görə də satış qiymətləri bahalşma ilə alıcılara təklif olunur.
Qeyd edək ki, ətin bahalaşmasından sonra ilk dəfə olaraq kolbasa və sosislərin qiyməti artıb.
Havar Şəfiyeva