"Adı yüyürək olsa da, onun uşağın yeriməsində, yürüməsində heç bir rolu yoxdur".
Bu sözləri Faktmedia.az-a tanınmış pediatr Aytən İsmayılzadə deyib.
O bildirib ki, ana bir işlə məşğul olanda uşağı yüyürǝyǝ qoya bilər:
"Amma ondan mütəmadi istifadə uşağın hərəki aktivliyini məhdudlaşdırır, əzələ-bağ aparatının güclənməsini ləngidir. Uşaq oturma, iməkləmə, tutub qalxma, tutub yerimə, sərbəst yerimə kimi mərhələləri dəstək olmadan keçməlidir".
Həkim qeyd edib ki, uşağın oturarkən belini əyməsi, yeriyərkən tez-tez yıxılması, yorul- ması, ayaqlarını içəri atması kimi ortopedik problemlər əzələ-bağ aparatının zəif inkişaf etməsi nəticəsində yaranır:
"Deməli, yüyürək uşağın hərəki inkişafını ləngidir və körpənin öz gücü hesabına edə biləcəyi hərəkətləri unutdurur, təkərlər hesabına onu konformizmə öyrəşdirir".
Rəna Həsənova