Bakıda doğuş zamanı ana ölüb, uşağın vəziyyəti ağırdır.
Faktmedia.az-ın məlumatına görə, paytaxtda yerləşən xəstəxanaların birində 32 yaşlı Səidə Əhədova doğuş zamanı dünyasını dəyişib.
Yeni doğulan körpənin vəziyyəti ağır olduğundan, o küvəcə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.