“Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi”ndə uşaq ölümü qeydə alınıb.
Faktmedia.az-ın əldə etdiyi məlumata görə, Publik Hüquqi Şəxs olan Doğum Mərkəzində ana ölü uşaq doğub.
Mərkəzdən saytımıza bildirilib ki, Babək rayon sakini 2000-ci il təvəllüdlü Zenfira Quliyeva xəstəxanaya gətirildikdən sonra müayinə zamanı artıq bətndə uşağın öldüyü müəyyən edilib.
Etibarlı mənbədən Faktmedia.az-a bildirildi ki, uşaq ana bətnində ölü olmayıb, həkim səhlənkarlğı ücbatından hadisə baş verib.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayət işi başladılıb.
Bəsti MƏMMƏD