"Bu ilin əvvəlində Azərbaycanın İrandakı səfirliyində terror cinayətin törədilməsi və orda səfirliyimizin dayandırılması kimi ciddi məqamlar bizi narahat etməyə bilməz".
Bu sözləri Faktmedia.az-a danışan Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov deyib.
O bildirib ki, Azərbaycan səfirliyi Tehran şəhərində fəaliyyətini dayandırsa da, bizi ciddi şəkildə narahat edən digər məqam Təbrizdəki konsulluqla bağlıdır:
"Eyni zamanda onu da unutmayaq ki, İran Azərbaycana qarşı növbəti bir addım olaraq Təbrizdə Erməni konsulluğunun açılması ilə bağlı mövqe ortaya qoyub. Təbii ki, bu da bir daha ondan xəbər verir ki, İran öz mənfur siyasətini daha da genişləndirmək niyyətindədir. Diqqətinizə çatdırım ki, bizi ciddi şəkildə narahat edən digər məqam təkcə Təbrizdəki konsulluğumuzda yaşayan insanlar yox, ümumiyyətlə Cənubi Azərbaycanda yaşayan 30 milyon vətəndaşlarımızın taleyidir. Bu ilin əvvəlində İranda baş verən təbii fəlakət nəticəsində ayrı seçkilik edərək Azərbaycan əsilli adamlara qarşı fərqli mövqe göstərərək, onları soyuqda, ac, qarın ortasında saxlamışdır. Düşünürəm ki, Təbrizdəki konsullqdakı vətəndaşlarımıza qarşı da hər hansı təxribat törədilə bilər".
Havar Şəfiyeva