"Ümumiyyətlə, Azərbaycanın müstəqilliyi dövründə İran ölkəmizə qarşı təriqət adıaltında kəşfiyyat işləri aparıb, öz sərhəddində nəzarətsiz zona yaradaraq, narkotikin Azərbaycana keçirilməsinə şərai yaradıb".
Bunu Faktmedia.az-a politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, bu 30 il ərzində İran təriqət adı altında Azərbaycana qarşı siyasi idealogiya formalaşdıraraq siyasi sistemi hədəfə alıb, həm də yeni nəslin nümayəndəsi olan gənclərimizi narkotiklə "zəhərləməsi" istiqamətində işlər aparıb:
"Azərbaycan dövləti bütün bunlara qarşı ciddi tədbir görməlidir. Biz gördük ki, İran konkret olaraq Azərbaycana qarşı terrorçu, eyni zamanda düşmənçilik siyasəti aparır, ölkəmizi hərbi hücumlarla təhdid edir. Bütün dünyanın qloballaşdığı bir zamanda, mən hesab edirəm ki, qonşu dövlətlərlə sərhədlərin bağlanması doğru addım deyil. Bu bizim maraqlarımıza da cavab vermir. Biz İranın burada olan təşviqat-təbliğat mərkəzlərini bağlamalı, sərhəddə nəzarəti, təhlükəsizliyi gücləndirməliyik".
Rəna Həsənova