"Regionda vəziyyət onsuz da mürəkkəbdir və ermənilər tərəfindən törədilən bu terror aktından sonra vəziyyət daha da gərginləşə bilər".
Bunu Faktmedia.az-a politoloq Fikrət Sadıqov deyib.
Politoloq bildirib ki, həm Ermənistanda, həm də Qarabağın özündə separatçı rejimin tərkibində bir sıra radikal qüvvələr var və onlar sülh sazişinin bağlanmaması ilə bağlı hücuma keçiblər:
"Digər reallıq da odur ki, biz heç kəsdən hansısa bir sazişə imza atmağı xahiş etməyəcəyik. Əgər onlar vəziyyətin bələ qalmağına maraqlıdırlarsa, biz də öz tərəfimizdən lazım olan addımları atacağıq. Biz öz torpaqlarımızdayıq. Onlar bunu birdəfəlik dərk ədib, nəticə çıxarmalıdırlar".
Qeyd edək ki, martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının qarşısı alınıb. Bu zaman Azərbaycanın iki hərbi qulluqçusu həlak olub.
Rəna Həsənova