"Rusiya ilə Ukrayna müharibəsi uzun çəkəcək".
Bu sözləri Faktmedia.az-a danışan politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, ABŞ-ın siyasi rəhbərliyi çalışır ki, bu müharibə tez bir zamanda bitməsin:
"Çünki nə qədər ki, müharibə davam edəcək demokratların partiyası gələcək və seçkilərdə çalışacaqlar ki, vəziyyəti köklü şəkildə öz xeyrinə həll etsinlər. Onların böyük ümüdləri bu müharibə ilə bağlıdır. Rusiya bu müharibədə məğlub olsa belə, öz davranışında ciddi dəyişikliklər edəcək və hərbi-siyasi kompleksində islahatlar aparmalı, insan kapitalına böyük yer ayırmalı olacaqdır. Rusiya dövləti heç bir vəclə dünya səhnəsini tərk etməyəcək. Proseslər bir şeydən xəbər verir ki, istər-istəməz dünyada müxtəlif qarşıdurmalar olacaq və mübarizə aparmalı olacaqlar. Bu bizim ölkəmizə də aiddir. Nə qədər öz gücümüzə güvənsək, bir o qədər heç bir ölkədən inciməyəcəyik".
Havar Şəfiyeva