"Sosial yığımları Dövlət Vergi Xidməti həyata keçirir, amma vəsait üzərində sərəncam verən Dövlət Sosial Müdafiə Fondudur".
Bunu Faktmedia.az-a hüquq müdafiəçisi Sahib Məmmədov deyib.
S. Məmmədov əlavə edib ki, bəzən müəyyən səhvlər olur, amma mən deməzdim bu kütləvi xarakter daşıyır:
"Fərdi uçot sistemində kapitalın toplanması ilə bağlı müəyyən xətalar baş verə bilər. 2019- cu il yanvarın 1-dən yığım Dövlət Vergi Xidmətinin səlahiyyətindədir. Bununla bağlı müəyyən problemlər ola bilər. Qurumlararası inteqrasiya, məlumat-mübadilə məsələlərində hansısa problemlər yarana bilər. Mən özüm ictimai şuranın üzvüyəm və bu məsələlər barəsində müzakirələr aparılacaq. Müzakirələrin nəticələri barəsində sizə də məlumat verəcəyik".
Qeyd edək ki, iqtisadiyyat üzrə arajdırmaçı jurnalist Allahverdi Aydın sosial hesabında bunları yazıb. Linkdən oxuya bilərsiniz.
Rəna Həsənova