“Rusiya ilə Azərbaycan arasındakı münasibətlər mehriban qonşuluq siyasətində dayanır”.
Bu sözləri Faktmedia.az-a danışan politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, dövlətlər arasında siyasi, iqtisadi, humanitar, mədəni, enerji əlaqələr mövcuddur və strateji əməkdaşlıq xarakteri daşıyır:
“Fevralın 22-də Rusiya ilə Azərbaycan arasında bağlanmış müttəfiqlik, qarşılıqlı əlaqə haqqında bəyannamə iki dövlət arasındakı münasibətləri daha da yaxınlaşdırır. Bütün bu amillər inkşaf meyillərinin daha da gücləndirilməsinə yönəlib. Digər tərəfdən əlaqələrin gücləndirilməsi həm də, təhlükəsizlik sisteminə müsbət təsir göstərir”.
Ekspert bildirib ki, Azərbaycan ərazisində yerləşdirilən Rusiya sülhməramlıları ilə bağlı həm ictimai rəydə, həm də separatçılara münasibətlərdə özünü mənfi tərəfdən göstərir:
“Lakin danışıqlarla fikir ayrı seçkiliklərini yoluna qoymaq mümkündür. Hazırda Ermənistan dövləti antirusiya siyasəti həyata keçirir. Bu yöndən Azərbaycan ciddi siyasət yürüdərək Rusiya ilə diloloqu daha yaxşı formada həyata keçirmək üçün müsbət imkanlar əldə edə bilər".
Havar Şəfiyeva