"Milli iqtisadiyyatın inkişafında önəmli məqamlardan biri innovativ kompanentlər əsasında iqtisadiyyatın dayanıqlı inkişafına yönəlməsidir. Ötən illərdə ölkə iqtisadiyyatının əsas problemlərdən biri investorlarin cəlb edilməsi idi. Lakin bu gün deyə bilərik ki, bu sahədə irəliləmə var".
Bunu Faktmedia.az-a iqtisadçı Günay Hüseynova deyib.
İqtisadçı bildirib ki, xarici investorlarin ölkəyə cəlb edilməsi, investisiya yatırımı hər zaman ölkəmizin iqtisadi siyasi prioritet məsələlərindən olub:
"Bildiyimiz kimi dünyada artıq texnologiya rəqabəti gedir.Kustar üsul öz davamlılığını itirir. Xarici investorların cəlb olunması, ən son model texnoloji avadanlıq, müsair təchizat makinalarının ölkəmizə gətirilməsi iqtisadi sferanı müsbətə doğru aparır, onun üçün də bu tip investisiyalar əhəmiyyətlidir. Ölkəmizdə əlverişli investisiya mühitinin olması iqtisadi, sosial,siyasi infrastrukturun və digər aspektlərin olması investorların ölkəmizə gəlmə səbəbidir. Bundan əlavə müəyyən səbəblər var ki, investorlarin ölkəmizə gəlməsində zərurət var. Məhdud daxili kapital, rəqabət mühitinin zəif inkişafı, dünya bazarına çıxmada zəiflik və digər səbəblər. Xaricdən gələn investorlar əsasən neft və qazla baglı sahələr, xidmət sahəsi,texnikanin inkişafı ilə əlaqədar müasir texnoloji təchizat avadanlıqları və.s bu kimi sahələrə investisiya yatırırlar. Xarici investorun ölkəyə yatırım etməsi üçün inflyasiyanın zəif olması, vergi qanun vericiliyindəki sadələşdirmələr, bank sahəsində əmanətlər üzrə faiz dərəcələrində yüksək gəlir götürmək, iqtisadi aktivlik üçün kapitalin və işci qüvvəsinin hərəkəti,ortaq bazar mühitinin yaranmasi,milli valyutanının dayanıqlılığı, məzənnəsinin yüksəldilməsi, risklərin qarşısının alınması önəmli faktorlardandır. Müxtəlif ölkələrdən investorlar gəldiyi üçün konkret demək olmaz ki, onlar bu sahədə yatırım edəcək. Bildiyimiz kimi hər ölkə müəyyən sahədə ixtisaslaşıb. Ümumilikdə götürdükdə isə turizm, yeni texnoloji avadanlıq istehsalı və sənaye fabriklərinin qurulması gözləniləndir".
Havar Şəfiyeva