"Baş vermiş zəlzələ Türkiyəyə iri sənaye, iqtisadiyyat və turizm cəhətdən bir çox zərərləri olacaq. Bundan sonra Türkiyə daha ölkədaxili iqtisadi problemləri həllinə fokuslanacaq".
Bunu Faktmedia.az-a danışan iqtisadçı Toğrul Maşallı deyib. O bildirib ki, ölkə daxilinə dəymiş zərəri bərpa etmək üçün xarici ölkələrə ixracında azalmalar olacaq ki, bu xüsusilə Rusiya dövlətinə aiddir:
"Qardaş ölkə daha çox daxili problemləri həll etməyə məcbur olacaq, nəinki xarici iqtisadiyyata diqqət yetirmək. Düşünürəm ki zəlzələnin iqtisadi baxımdan nəticələrini dəqiqliklə demək hələ tezdir. Əgər Türkiyə dəymiş zərəri hesablayaraq nəticələri üzə çıxartsa nəinki Türkiyə, hətta ona yardım edən digər ölkələr də daha çox Türkiyənin daxili iqtisadiyyatın bərpa olunması üçün addımlar atacaqlar. Logistika şirkətləri maliyyəni daha çox ölkənin bərpasına ayıracaq".
Havar Şəfiyeva