"Hələ ki, dəqiq Türkiyə iqtisadiyyatına dəyən ziyan hesablanmayıb və bildiyimə görə fəlakət baş verən bölgələr ixracat çox olan bölgələr deyil".
Bunu Faktmedia.az-a iqtisadçı Emin Qəribli deyib.
Ekspert bildirib ki, bu təbii fəlakətin Türkiyə iqtisadiyyatına təsiri olacaq, amma inanmıram ki, Azərbaycan iqtisadiyyatına bir o qədər də təsiri olsun:
"Düzdür, Türkiyə bizim idxalda mühüm rol oynayır. Aldığımız məhsullar əsasən Türkiyənin şimal və şimal - qərb hissəsindən idxal olunur. Buna görə də narahatçılığa heç bir səbəb yoxdur. Nəzərə alsaq ki, biz buğdanın 60 faizdən çox hissəsini başqa dövlətlərdən idxal edirik , müharibə dövründə bu bizə iqtisadi cəhətdən bir o qədər də təsir etmədi. Hal - hazırda qardaş ölkədə baş verən bu hadisənin bizim iqtisadiyyatımıza təsiri olmayacaq. Təbii fəlakətin baş verdiyi bölgənin idxal- ixrac əməliyyatlarında payı çox azdır".
Qeyd edək ki, Türkiyədə baş verən zəlzələ nəticəsində 2000-dən artıq bina dağılıb, 12 mindən çox insan təlafatı var. Zəlzələ zamanı yaralananların sayı isə 62 937-ə yüksəlib.
Rəna Həsənova