"Bir neçə gün öncə Türkiyənin Kahramanmaraş və ətrafindakı 10 şəhərdə başlayan zəlzələ kütləvi dağıntı və insan ölümünə səbəb oldu. İqtisadi baxımdan qeyri statistik hesablamalara əsasən baş verən zəlzələ 1,5-2 milyard dollar ölkə iqtisadiyyatına zərər vurdu".
Bunu Faktmedia.az-a iqtisadçı Günay Hüseynova deyib.
Ekspert bildirib ki, baş verən hadisə ümumilikdə dəyərləndirildikdə Türkiyə iqtisadiyyatına zərbə vurdu, Azərbaycan iqtisadiyyatına isə hər hansi bir təsiri yoxdur:
"Əsasən ölkəmiz günlük ehtiyac və zəruri ehtiyac mallarını idxal edir. Lakin statistik göstəricələrə əsasən demək olarki o bölgə ilə ticarət əlaqələrimiz ümumi balansda cüzidir.Həmçinin həmən məhsulların yerli istehsalı var,bununla yanaşı digər ölkələrlə də tərəfdaşlığımız ,ticarət əlaqələrimiz var. Hətta o bölgədə bərpa işləri olduqdan sonra Azərbaycan bazarına tələb arta bilər. Belə ki, tikinti mallarının idxalı ilə bağlı türk sahibkarlar ölkəmizə üz tutur".
Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində 2000-dən çox çoxmərtəbəli bina dağılıb, yüzlərə ticarət obyektləri məhv olub.
Havar Şəfiyeva