"Qardaş ölkədə baş vermiş zəlzələ hər birimizi sarsıtdı. Və xüsusilə Türkiyə höküməti elan elədi ki, Antaliya otelləri sığınacaq kimi həmin insanlara verilsin”.
Bunu Faktmedia.az-a turizm eksperti Ceyhun Aşurov deyib. O bildirib ki, Antaliya ildə 13 milyon turist qəbul edən 650 mindən çox yatağı olan turizm bölgəsidir və ciddi bir turist qəbul edən regionlardandır:
“Bunu yaxın gələcəkdə Türkiyə bu vəziyyəti bərpa etməyə çalışır. Hətta bir çox sərgilər belə təxirə salındı, vaxtı başqa zamana keçrildi. İtkinin iqtisadi zərəri kifayət qədər böyükdür və düşünürük ki, Türkiyə ən azından bu ilki hədəfinə çatmaqda çətinlik çəkəcıkdir. Lakin Turizm sənayesi hər zaman tez yenilənən bir sahə kimi tanınır. Ümüd edirik, Türkiyə bununla bağlı bütün tədbirləri görəcəkdir. Eyni Azərbaycan üçün Türkiyənin potensialı çox vacibdir. inanırıq ki, qısa müddətdə Türkiyə vəziyyəti bərpa edib, yenidən turistlərin qarşısında yüksək xidmətlə dayanacaqdır".
Havar Şəfiyeva