"Nokia" 60 ildən sonra loqosunu dəyişib.
Faktmedia.az xəbər verir ki, texnologiyanın nəhəngi yeni rebredinq edərək bazara qayıdıb.
Brendin açıqlamasında bildirilir ki, şirkət daha smartfon istehsal etməyəcək.
Nokia, yeni loqosu ilə gələcək hədəflərini paylaşıb. Bu yeni loqo smartfon istifadəçiləri üçün heç bir məna kəsb etməyəcək. Çünki smartfon bölməsinə təsir edən heç bir dəyişiklik yoxdur. Bununla belə, şirkətin biznes həcmini artırmaq məqsədini təmsil etdiyi üçün səhmdarların və investorların diqqətini cəlb edib.
Nokia indi istehsal sektorundakı müştərilər üçün özəl 5G şəbəkələri kimi avtomatlaşdırılmış fabriklər və texnologiya üçün avadanlıqların satışına yönələcək.
Bəsti MƏMMƏD