Azərbaycanda sayt bolluğu var. Amma digital marketoloqlarla işləmək istəmirlər. Sizcə bu barədə yetərli biliyin olmamasından irəli gəlir?
Faktmedia.az-a bu barədə danışan digital marketinq üzrə mütəxəssis Alim Əlirzayev bildirib ki, bunun bir neçə səbəbi var:
"Birincisi kifayət qədər mariflənmənin olmaması. İkincisi isə, "saytım varsa deməli, mən də internetdə varam və mənim saytımı hərkəs tapa bilər" düşüncəsi. "Google"a baxış tərzi tamamilə dəyişməlidir. Uşaqlığımızdan bəri "Google"a nə yazsaq bizə istədiyimiz məlumatı verir" anlayışı bizi özümüzə qarşı yanıldır. Deməli, məsələ burasındadır ki, "Google" bizim üçün axtardığımız sözə uyğun minlərlə məlumatı sərgiləyir. Çünki, axtarılan sözə və mənaya uyğun yüzlərlə sayt vardır ki, hər birində sizə lazım olan məlumatların tam və ya bir hissəsini özündə birləşdirə bilər. Zənn edək ki, həmin məlumat sizin saytda da var. İndi belə bir sual çıxır ortaya... Nə üçün "Google" yüzlərlə saytın arasından sizin saytı gətirməlidir axtarışın ilk səhifəsinə və ən üstdə sizin saytı göstərməlidir. Nə üçün..? Sizcə, bunun bir mexanizmi yoxdur? İllərdir inkişaf edən və günü-gündən bizlərlə bir insan kimi danışmağa başlayan "Google" hər axtarılan söz və ifadəyə görə sadəcə bizim xətrimizə bizim saytı gətirib ilk onluqlarda göstərə bilərmi? Yanılırıq dostlar, mən də öz karyeramı dəyişib Digital Marketing sahəsinə keçid edib bütün bu onlayn mövcudluq, axtarış motorlarının işləmə prinsipi, digital marketing nədir və sairə kimi internet işləri haqqında dərindən öyrənib qavramamışdan öncəki dövrə qədər belə zənn edirdim ki, "Google" sadəcə bir sadə əlacdır və orda hər şey biz yazaq o tapsın prinsipi ilə işləyir. Sən demə bu sadəcə onun bizə etdiyi ilk yardımdır. Sadə istifadəçi gözündə baxanda bu belədir amma bir biznes gözü ilə baxdıqda isə Google əmi heç də səni sadəcə axtarış buttonuna görə dəyərləndirmir. Burada uzun vadeli bir yol var və sən bir biznes sahibi olaraq bütün bu məsələri ardıcıllıqla həll etməlisən. Əks halda sən öz biznesini internet aləmində çox çətin irəliyə apara bilərsən".
Mütəxəssis bildirib ki, sadəcə SMM və sadəcə bu kimi şəbəkələrin 10-15 il öncə yeni yarandıqları dönəmlərdə sizlərə verdiyi perfomansı gözləməyin artıq:
"İndi bütün platformalar və şəbəkələr işin sadəcə 15-20 % - ni sizə pulsuz edir. Yəni dostluğunuzda olan sadəcə 15-20 % insana ötürür sizin paylaşımlarınızı. Gerisini deyir biznes modelimdən yararlan. Olduqca effektiv, unikal və möhtəşəm olan biznes alətləri. Hansı ki, Algoritmlər və AI texnologiyaları vasitəsilə onlar bizim atdığımız hər addımdan xəbərdardır. Bunun biznes yanaşması baxımından həqiqətən digital marketing müasir dövrdə hər bir biznes üçün olmazsa-olmaza çevrilib. Bunun da səbəbi onun ölçülə bilən olmasıdır. Amma ənənəvi marketinqdə mesaj sadəcə müştəriyə verilir, məhsul təklif olunur amma geridönüş qalır sadəcə müştərinin fikrinə. Ən əsas da 1000 nəfərə verdiyimiz mesajdan bəlkə də cəmi 10 nəfər bizim məhsulu almağa tam uyğun birisi ola bilər. Amma digər 990 nəfər bizim satdığımız dəyər, xidmət və ya məhsulun sadəcə yanından keçə bilər. Amma Digital yəni Rəqəmsal marketinqdə hərşey daha dəqiq, daha detallı izlənilir çünki qeyd etdiyim rəqəmsal biznes alətləri vasitəsilə biz artıq öz dəyərli alıcı kütləmiz olan insanların gündəlik həyat tərzindən tutmuş, bütün aktivitilərini, maraqlarını və onlayn davranış kriteriyalarını öz biznesimiz üçün uğurlu alıcı kütləsi kimi formalaşdırıb sonda bizim üçün ən uyğun olan insanların qarşısına çıxmış oluruq. Uğurlu kontentimizlə (mətn, tema, şəkil, video, vizual) alıcılarla dostluq edir və onların emosiyalarına təsir edə bilirik".
Havar Şəfiyeva