"Bir çox tələbələr xaricdə təhsil almağın həm Maddi, həm də dərs yükü baxımından çətin olduğunu qeyd edirlər. Əslində bu stiuasiyadan asılı olaraq dəyişən bir haldır. Belə ki, əgər biz təqaüd almadan təhsil və yaşam maliyyəti yüksək olan bir ölkədə təhsil alırıqsa, bəli həqiqətən maddi baxımdan çətinlik yarana bilər”.
Bunu Faktmedia.az-a xaricdə təhsil alan tələbə Bikə Səttar deyib.
O bildirir ki, əgər təqaüd alırıqsa və ya təqaüd almadığımız təqdirdə yaşam və təhsil haqqı aşağı olan bir ölkədə təhsil alır, üstəlik çalşırıqsa həyat da, təhsil də çox yaxşı və asan gedəcək:
"Dərs yükünə gəldikdə isə, buradaki əksər müəllimlərin sizə yanaşma tərzi dostcasına olduğu və imtahanlardan bir neçə dəfə keçmə şansı verildiyi üçün mənə o qədər də çətin gəlmir. Çünki, mən Azərbaycanda olanda da, həm çalışıb, həm də təhsil alan biri olduğum üçün bu sistemə bura gəlməzdən əvvəl alışmışam deyə bilərəm. Burada təhsil sistemi bizim təhsil sistemimizdən fərqlənir. İlk öncə onu deyə bilərəm ki, müəllimlərin tələbələrə yanaşma tərzi fərqlidir. Əksəriyyəti çox dostcanlı və hər zaman əlindən gələn köməyi edəcək şəxslərdir. Bizim fakultədə dərslərin böyük bir hissəsi onlinedir və dərsdə iştirak etmək kimi bir məcburiyyət yoxdur, əsas olan sizə verilmiş proyektləri doğru və düzgün şəkildə semestr sonunda təqdim edə bilməyinizdir. Lakin bu universitetə görə dəyişə bilər. İstənilən halda həqiqətən təhsil almaq istəyən biri üçün imkanlar genişdir".
Hal-hazırda Polşanın paytaxtı Varşavada "Ecenomics and Human Science" universitetində kompüter mühəbdisliyi üzrə magistr təhsili alan tələbə deyir ki, mənə görə xaricdə təhsil almaq istəyən bir gəncin ilk öncə yaxşı bir araşdırma qabiliyyəti olmalıdır:
"Bu özünə uyğun ölkə və ixtisası tapa bilməsi, təhsil üçün hansı göstəricilərin ( dil sertifikatı, ortalama bal göstəricisi kimi) tələb olduğunu bilməsi üçün çox vacibdir. Ən əsası isə özünü son müraciət tarixlərinə saxlamaması və araşdırmağa ən az 1 il əvvəldən başalamalıdır. Universitetlərə başvuru prosesini isə araşdırma qabiliyyəti yaxşı olan bir şəxs özü asanlıqla həmin universitetlərin rəsmi saytları vasitəsi ilə həll edə və qəbul ala bilər. Bu prosesdə qətiyyən sıxılmayın və sualınız yarandıqda birbaşa universitetin özünə ya e-mail, ya da zəng edib suallarınızı verin. Əgər özünüzə bu işdə güvəniniz tam deyilsə bu işi işinə əmin olduğunuz qrumlardan birinə də həvalə edə bilərsiniz. Əsas olan özünüzə güvəin, niyə xaricdə təhsil alıram sualına tam cavabınızın olmasıdır".
Havar Şəfiyeva