"Bizim ölkəmizdə zəlzələnin olmasına dair əsaslı bir səbəb yoxdur, amma buna baxmayaraq onun olmayacağına da heç kim zəmanət verilə bilməz".
Bu sözləri Faktmedia.az-a danışan Daşınmaz Əmlak üzrə ekspert Anar Nəsirov deyib.
O bildirib ki, zəlzələnin belə yıxıcı və dağıdıcı olması həm qardaş ölkədə, həm də bizim ölkəmiz içində olmaqla, bir çox ölkələrdə insanların beynində “yaşadığımız bina zəlzələyə nə qədər davamlıdır” kimi suallar yaradıb:
"Bir neçə gün öncə qardaş ölkədə baş vermiş təbii fəlakətdən dolayı bütün Azərbaycan xalqı dərindən kədərləndi və dərin bir sarsıntı keçirdi. Mən də ,öz adımdan və bütün Azərbaycan xalqı adından zəlzələ zamanı dünyasını dəyişmiş insanlara Allahdan rəhmət, yaralılarımıza isə acil şəfalar diləyirəm. Bu zəlzələnin belə yıxıcı və dağıdıcı olması həm qardaş ölkədə, həm də bizim ölkəmiz içində olmaqla, bir çox ölkələrdə insanların beynində bir çox sualların yaranmasına səbəb oldu. Bu suallardan biri və ən başlıcası isə budur: biz yaşadığımız hündürmərtəbəli bina zəlzələyə nə qədər davamlıdır ? İndi insanların, əsas da hündürmərtəbəli binalarda yaşayan sakinlərin demək olar ki, ən başlıca düşündüyü şeylərdən birincisi budur. Düzdü, indi bizim ölkəmizdə zəlzələnin olmasına dair bir əsaslı səbəb yoxdur, amma buna baxmayaraq onun olmayacağına da heç kim zəmanət verə bilməz. Bu zəlzələnin olması və bu qədər itkilər bütün dünya kimi, Azərbaycanda da insanların qorxu və psixoloji travma almasına səbəb olmuşdur. Mən deyə bilərəm ki, indi istər hündürmərtəbəli bina tikən şirkətlər, istər də həmin tikintilərə mal-material vermiş zavodlar bu zəlzələnin nəticələrindən olduqca narahatlıq keçirərək öz işlərinə daha məsuliyyətli yanaşacaqlar. Düzdü, mən o uçmuş binaları analiz edənləri televiziyada gördüm və heç vaxt inanmaram ki, Azərbaycanda elə bina tiksinlər, amma yenə də mənə elə gəlir ki, bu zəlzələ bizim bəzi şeylərdən nəticə çıxarmağımıza səbəb olacaq".
Havar Şəfiyeva