Elon Musk bildirib ki, Starlink sistemindən Ukraynada eskalasiya üçün istifadə edilməməlidir.
Faktmedia.az xəbər verir ki, bu barədə iş adamı Tvitter hesabında danışıb.
Mask xatırladıb ki, Starlink Ukrayna üçün kommunikasiya dayağına çevrilib. Xüsusilə, internetə qoşulmağın digər yolları məhv edildiyi üçün cəbhə xəttində onun rolu vacibdir.
"Lakin biz üçüncü dünya müharibəsinə səbəb ola biləcək münaqişənin genişlənməsinə imkan verməyəcəyik", - deyə amerikalı iş adamı söz verib.
Havar Şəfiyeva