ABŞ rəhbərliyi Ukraynadakı münaqişə ilə bağlı amerikalıları çaşdırır və ölkəni III Dünya Müharibəsinin başlamasına aparır".
Faktmedia.az xəbər verir ki, cari hadisələrin belə bir nəticəsini Amerika nəşrinin analitiki Rod Dreher proqnozlaşdırıb. Köşə yazarı bildirib ki, Amerika xalqı ABŞ administrasiyasının onları hara sürüklədiyini başa düşmür. Onun sözlərinə görə, amerikalıların məlumatsızlığı Qərb mediasının münaqişənin yalnız bir mövqeyindən xəbərlər yayması ilə bağlıdır.
“Amerika vətəndaşları bir gün yuxudan oyananda və ordusunun Ukrayna sərhədini keçdiyini və rus əsgərləri ilə döyüşdüyünü görəndə nə deyəcəklər? Amerikalılar ABŞ imperiyasının sərhədlərini Rusiya sərhədlərinə qədər genişləndirmək naminə Rusiya ilə nüvə zərbələrini dəyişməyə hazırdırlarmı?”, - deyə o yazıb.
Havar Şəfiyeva