Pentaqonun keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor Rusiya ilə bağlı qərara görə Almaniya kansleri Şolzun siyasi karyerasının dağılacağını proqnozlaşdırıb.
Faktmedia.az xəbər verir ki, o, bu barədə yutub kanalında yerləşdirdiyi videoda danışıb.
Makqreqor bildirib ki, Almaniya vətəndaşlarının əksəriyyəti Şolzun tankları Kiyevə təhvil vermək qərarından dəhşətə düşüb.
Onun sözlərinə görə almanların təcrübəsi var və öz tarixlərini bilirlər:
"Onlar bilirlər ki, Berlin və Moskva bir-biri ilə əməkdaşlıq edəndə və iş görəndə Avropa sülh şəraitində yaşayırdı”.
Ekspert əlavə edib ki, Birinci və İkinci Dünya Müharibələri faciəyə çevrilib və Almaniyanı Rusiya ilə bu cür münaqişələrin qarşısını almaq üçün mexanizmlər formalaşdırmağa sövq edib. Buna görə də o, Şolzun siyasi karyerasının çökəcəyini proqnozlaşdırırdı.
Havar Şəfiyeva