ABŞ-ın SpaceX şirkətinin qurucusu İlon Mask hesab edir ki, insanlar 10 il ərzində Marsın səthinə enə biləcəklər.
Faktmedia.az xəbər verir ki, o bu haqda öz "Twitter" hesabında yazıb.
İ.Mask bildirib ki, SpaceX şirkəti Marsa uçuşlar üçün nəzərdə tutulmuş və 100 nəfərlik tutumlu təkrar istifadə edilə bilən “Starship” gəmisini hazırlayır.
“Prototip kosmik gəmi artıq Yerə bir neçə sınaq uçuşu həyata keçirib, lakin indiyədək onlar Yer atmosferi daxilində həyata keçirilib. Bütün “Starship” uçuş sınaqlarından yalnız 2021-ci ilin mayında keçirilən sonuncu sınaq heç bir problem olmadan başa çatıb”.
Bəsti MƏMMƏD