"Türkiyədə baş vermiş hadisələrin Azərbaycan universitetlərində plan sayının artmasına bir o qədər də təsiri olmayacaq".
Bunu Faktmedia.az-a Elm və Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bu il üçün universitetlərə plan yerləri artılacaqmı sualına cavab olaraq deyib. Qurumun sözcüsü bildirib ki, hər il qəbul planında müəyyən sayda artım olur və bu il də nəzərdə tutulub.
Qeyd edək ki, türkiyədə baş vermiş zəlzələ nəticəsində tələbələrin bəziləri yerli təhsil müəssisələrində təhsillərini davam etdirmək istəyirlər.
Rəna Həsənova