Türkiyədə baş vermiş zəlzələdən sonra bəzi tələbələr yeri universitetlərdə təhsilini davam etdirmək istəyirlər. Həmçinin bu il üçün Türkiyə universitetlərində oxumaq istəyənlərin sayında azalma müşahidə olunacaq. Bu isə yerli təhsil ocaqlarına marağı artırmış olacaq. Nəzərə alsaq ki, qəbul imtahanlarının vaxtına da az qalıb, bəs görəsən universitetlər üçün plan yerlərinin artırılması nəzərdə tutulubmu?
Bu barədə Faktmedia.az-ın sualını Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə cavablandırıb. O bildirib ki, bu məsələ DİM-in səlahiyyətlərinə daxil deyil:
"Plan yerlərinin müəyyən olunması Təhsil Nazirliyinin səlahiyyətindədir. DİM ona təqdim olunan plan yerlərinə qəbul aparır, hansısa bir plan yerlərinin müəyyənləşdirilməsində iştirak etmir".
Rəna Həsənova