"Türkiyədə baş vermiş zəlzələ nəticəsində bu günə qədər 10 vətəndaşımız həlak olub"
Bunu Faktmedia.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.
XİN sözcüsü qeyd edib ki, hələ ki, tələfat olan bölgədə araşdırma işləri aparılır. Bu say son olmaya da bilər"
Dövlət Miqrasiya Xidmətindən isə saytımıza bildirilib ki, Türkiyədə baş verniş dağıntıdan sonra ölkəyə 8897 nəfər qayıdıb.
Qeyd edək ki, Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığ vilayətlərində 41 min 20 vətəndaş həyatını itirib.
Rəna Həsənova