Türkiyədə baş verən zəlzələ nəticəsində azərbaycanlıların olduğu da deyilir. Dünəndən isə azərbaycanlı tələbənin öldüyü deyilir və onun görüntüsü yayılıb. Baş vermiş hadisə nəticəsində həlak olmuş azərbaycanlıların olub-olmaması ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət etdik.
Qurumun mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Faktmedia.az-a açıqlamasında bildirib ki, hələ ki həlak olmuş 5 nəfər var:
"Əlaqələr və araşdırmalar davam etdirilir. Dünən 5 nəfərin öldüyü məlum oldu. Bu gün üçün də sorğu göndərilib"
Havar Şəfiyeva