Türkiyədə baş verən zəlzələ nəticəsində azərbaycanlı tələbələrin də dağıntılar altında qaldığı bildirilir. Onların fotogörüntüəri sosial şəbəkələrdə yayılıb.
Onlar Azərbaycana gətiriləcəkmi və hazırda səhhətləri necədir?
Faktmedia.az Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə ilə əlaqə saxlayıb.
XİN sözcüsü bildirib ki, hazırda bu istiqamətdə dəqiqləşdirmə işləri aparılır, yəqin ki, bu istiqamətdə addımlar atılacaq.
Qeyd edək ki, Türkiyənin 10 əyalətində baş verən təbii fəlakətdə ölən və yaralananların sayı artır.
Kahramanmaraşda baş verən zəlzələlərdə 2 min 379 nəfərin həyatını itirib, 14 min 483 nəfərin isə yaralandığını bildirib. Araşdırmalar davam etdirilir.
Bəsti Məmməd