"İndiki dövrdə tam olaraq təmiz su tapmaq çətindir. Düzdür filtirlərdən keçəndə yenə də tərkibini itirir".
Bunu Faktmedia.az-a diyetoloq Həcər Kərimova deyib.
Diyetoloq bildirib ki, onun tərkibindəki maddələr demək olar ki məhv olur:
"Ancaq biz suyu kabron qablara doldururuq. Axşamdan səhərə kimi soyuducunun dondurucusunda saxlanılır və su orda dondurqndan sonra tərpətməmək şərti ilə buzu öz özünə açılana qədər gözləmək lazımdır. Sonra bu buz açılanda suyun dibinə nazik təbəqə çöküntü çökür. Suyu plastik qablarda saxlamamalıyıq, çünki hər kəsə məlumdur ki bu çox zərərlidir . Suyu şüşə qablara süzərək ordan istifadə etmək lazımdır. Suyun dadı dəyişir və dağ suyunu xatırladır. O vaxtı orda zərərli maddələr varsa hər biri suyun dibinə çökür və çöküntünü həmin sudan ayırırıq".
Havar Şəfiyeva