"Bir müəllim təmkinlə, sevə-sevə ona dərsi anlatmalıdır ki, qarşısındakı şagird rahatlıqla öz içndəkini deyə bilsin. Burada psixoloji məqamlar o məqamlardır ki, hər bir adam kurs qəbul edənə qədər özü haqqında nələrisə bilməlidir, əsasən də bu kimi məqamlara üstünlük veririk".
Faktmedia.az xəbər verir ki, bunu ingilis dili təlimçisi Cəmilə Hüseynova deyib. O bildirib ki, müəllimin yanaşma tərzi əsas şərtdir:
"Bizdə proqram bir aylıqdır. Bəzən insanların 80 faizi bunun mümkünsüzlüyünu qeyd edirlər. Çünki insanlar həmişə öyrəşiblər 6-7 aylarla kurslara getsin və sonradan xarici dili mənimsəsin. Bu elə bir yenilikdir, insanlara doğru təqdim etmək lazımdır. Bəzən neqativ fikirlər yaradan insanlar öz təbliğatlarını digər insanlara da ötürürlər. Əgər təklif olunsa ki, ayda 1 dəfə demo dərsi həyata keçirək, onu da edə bilərik. Orada müəllimlər, tələbələr lap istəsə valideynlər belə gəlib iştirak edə bilərlər. Yetər ki, öyrənsinlər biz bütün müsbət təkliflərə açığıq.
İnanıram ki, hər bir müəllim ilk növbədə qarşısındakı adamı sevməlidir. Buna görə də şagirdlırimizə 5 dərs hədiyyə keçirik. Özü haqqında məlumat verməyi, bu kimi sadə məlumatları hər kəs bizə qədər öyrənməlidir. Bunlar təbii ki psixoloji məqamlardır. Əsasən şagirdlər rəqəmləri tərcümə etməkdə çətinlik çəkirlər, bu kimi incə və xırda məsələlərə toxunmaq lazımdır ki şagird öz fikrini dolğun şəkildə ifadə edə bilsin".
Havar Şəfiyeva