Türkiyədə baş vermiş zəlzələ ilə bağlı məktəblərdə müəllimlərə məcburi yardım ərizəsi yazdırılır və əmək haqqından tutulur.
Faktmedia.az xəbər verir ki, bu barədə ərizə forması sosial şəbəkələrdə paylaşılıb. Hətta məktəblillərin valideynləri də belə paylaşımlar edib bildirirlər ki, uşaqlarının müəllimləri narazıdırlar.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Faktmedia.az-a bildirdi ki, yayılan xəbərlər doğru deyil:
"Heç kim müəllimləri məcbur etmir. Könüllü ianə toplama aparılır. Bu da Gənc Müəllimlər Assosiyası tərəfindən aparılır".
Havar Şəfiyeva