Ermənistanın sərhəddə təxribat törətməsinin məqsədləri var. Ermənistan bununla sərhədlərin delimitasiyası, demarkasiyası prossesində və sülh müqaviləsini imzalamaqda maraqlı olmadığını göstərir".
Bunu Faktmedia.az-a millət vəkili Musa Qasımlı deyib. Professor bildirib ki, Ermənistan silahlı terror dəstələrini Azərbaycan ərazisindən çıxarmağı yubadacaq, hansısa əlverişli şəraitin yaranmasını gözləyəcək:
"Təbii ki, Ermənistan özbaşına, təkbaşına bu hərəkətləri edə bilməz. Azərbaycanla Ermənistan arasında sülhün qurulmasına mane olan ölkələr və dairələr Ermənistanı buna təşviq edirlər. Həmin dövlətlər və dairələr özlərinin maraqları naminə regionu yenidən qarışdırmağa çalışırlar. Amma ermənilər başa düşməlidirlər ki, onların gələcəyi regionu qarışdırmağa çalışan dövlətlərin hökmü ilə oturub - durmaqları ilə bağlı deyil. Ermənistanın gələcəyi sonradan gəldikləri bu regionda yaşayan aborigen əhali ilə, xalqlarla dil tapıb normal mehriban qonşular kimi yaşamaqdan keçir".
Qeyd edək ki, mayın 11-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutublar. Nəticədə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu yaralanıb, daha bir hərbi qulluqçumuz şıhid olub.
Rəna Həsənova