"Azərbaycan dövlətinin beynəlxalq axtarışa verdiyi şəxs harada tutulmasından asılı olmayaraq təhvil verilməlidir. Arayik Arutyunyan Azərbaycan qanunlarını kobudcasına pozmuş, kütləvi qırğınlar, qanunsuz silah ticarəti ilə məşğul olmuş, cinayətlər törətmiş bir şəxsdir".
Bu fikirləri Faktmedia.az-a professor, millət vəkili Musa Qasımlı deyib.
Deputat əlavə edib ki, Arayik Arutyunyan Laçın keçid-buraxılış məntəqəsində görünərsə dərhal həbs olunacaq:
"Belə şəxslərin həbsi beynəlxalq konvensiyalara tamamilə uyğundur. Azərbaycan ərazisində yalnız bir dövlət hakimiyyəti var, o da Azərbaycan Respublikası dövlətinin hakimiyyətidir. Ölkəmizin ərazisində ancaq Azərbaycan qanunları qüvvədədir. Ya, bütün vətəndaşlar, etnik mənsubiyyətindən asılı olmayaraq qanunlara riayət edib, bərabər şəraitdə təhlükəsizlik mühitində birgə yaşamalıdır, ya da qanunlara qarşı çıxanlar qanun qarşısında cavab verməli, ədalət məhkəməsi qarşısında dayanmalıdır. Dövlət orqanlarına qarşı silah işlədən şəxslər isə, dərhal məhv edilməlidir. Mənim fikrimcə, Arutunyan hara gedəcəksə dünya onun üçün dar olacaq. Arutunyan Azərbaycanın ədalət məhkəməsi qarşısında dayanmalı, silahlı müqavimət göstərərsə bütün cinayətkarlar kimi yerindəcə məhv edilməlidir".
Rəna Həsənova