"Biz bunu cəmiyyətin narazılığı kimi qəbul etməyək. Ola bilsin ki, həmin ərazidə yaşayan, oradan işə gedən insanların o bir neçə gün, yaxud yarım ay çətinliyi, gərginliyi olur".
Bu fikirləri Faktmedia.az-a millət vəkili Musa Quliyev “Formula-1”in Azərbaycanda keçirilməsi ilə bağlı yeni müqavilədən danışan zaman deyib.
Deputat bildirib ki, vövlətimizin dünyada tanınması, reklam olunması və turizmin inkişafı baxımından bu yarışmanın çox ciddi əhəmiyyəti var:
"Mən hesab edirəm ki, çox narahat olmağa da dəyməz, əksinə biz sevinməliyik ki, belə bir tədbir uzun illərdir Azərbaycanda keçirilir. 15-20 gün Bakı şəhərində nəqliyyatla bağlı müəyyən bir gərginlik yaranırsa, məncə bunu dərd etməyə dəyməz, normal qəbul edilməlidir".
Qeyd edək ki, “Formula-1”in Azərbaycanda keçirilməsi daha 3 il müddətinə uzadılıb.
Rəna Həsənova