"Cənab Prezident İlham Əliyev Münhen təhlükəsizlik konfransında təşkil edilən müzakirədə bildirdi ki, biz Qarabağda yaşayan dinc erməni vətəndaşlarla dialoq qurmağa hazırıq. Konfransdan dərhal sonra nümayəndənin təyin edilməsi dövlət başçısının siyasətinin aydın, qəti və konkret olduğunu göstərdi".
Bunu Faktmedia.az-a Millət vəkili Musa Qasımlı deyib. Deputat bildirib ki, belə bir görüşün keçirilməsi müsbət haldır:
"Bir sıra xaricı qüvvələr regionda öz mövcudluqlarıni qoruyub saxlamaq üçün bu dialoqa zənnimcə daim əngəl olmağa çalışacaqlar. Həmin qüvvələr hesab edirlər ki, əgər ermənilərlə azərbaycanlılar mehriban şəraitdə yaşayarlarsa, onların bu regionda mövcudluğuna ehtiyac qalmaz. Ona görə də Qarabağda yaşayan erməniləri azərbaycanlılarla təmas yaratmağa qoymurlar. Bir məsələ tamamilə aydındır ki, Qarabağda yaşayan ermənilər Ermənistandan quru direktivlərdən başqa heç bir şey ala bilməz. Onların inkişafı Bakı ilə bağlıdır. Bunu nə qədər təz başa düşsələr, bir o qədər faydalı olar və digər amillərdən istifadə etməyə ehtiyac qalmaz".
Rəna Həsənova