İki il yarımdan çoxdur ki, Ermənistan sülh müqaviləsindən yayınır və imitasiya siyasəti həyata keçirir. Demək olar ki, Ermənistan çalışır ki, müəyyən bir geosiyasi şərtlər əldə etsin və Azərbaycana qarşı təzyiqlər etsin".
Bu fikirləri Faktmedia.az-a politoloq Məhəmməd Əsədullayev deyib.
"Göründüyü kimi bu da mümkün olmur. Artıq Azərbaycan Ermənistanla sərhəddə əlverişli mövqelərdə yerləşib, bufer zona yaradıb, Ermənistanı tamamilə çıxılmaz vəziyyətə salıb. Avropa İttifaqı da, Rusiya da bu prossesdə neytral qalıb. Azərbaycan güclü tərəfdir. Ermənistan tərəf sülhə maraqlı deyilsə, cənab Prezident bildirdi ki, bizə də sülh maraqlı deyil. İlk növbədə Ermənistan sülh müqaviləsində maraqlı olmalıdır. Qarabağda erməni icmasının inteqrasiyası da aparılacaq. Artıq Ermənistanla Qarabağdakı erməni icmaları arasında da Azərbaycan hərbi logistik əlaqələri kəsib. Prosseslər Azərbaycanın diktə etdiyi istiqamətdə gedir. Düşünürəm elə bir vəziyyət gələcək ki, Ermənistan Azərbaycandan sülh müqaviləsi bağlanmasını xahiş edəcək. Prosseslər bu istiqamətdə gedir", - deyə politoloq əlavə edib.
Rəna Həsənova