"Ermənistanın son təxribatları onu göstərir ki, düşmən tərəfdə hələ də revanşist meylləri qalmaqdadır, paralel olaraq regionda maraqlı olan dövlətlərin bu münaqişələrin bitməsində maraqlı olmadıqları açıq-aydın görünür".
Bunu Faktmedia.az-a Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzinin sədri politoloq Samir Hümbətov deyib.
Politoloq əlavə edib:
"Ermənistanın müdafiə naziri Suren Papikyanın Brüssel səfəri, eyni zamanda Ermənistanın Mərkəzi Şurasının sədri Armen Qriqoryanın İran respublikasının Ali Dini Təhlükəsizlik şurasının sədri Əli Şanxani ilə görüşməsi və digər məsələlər onu göstərdi ki, regionda maraqlı olan qüvvələr münasibətlərin normallaşmasında maraqlı deyil, əksinə daimi gərginliyin, münaqişələrin olmasında maraqlıdırlar və Ermənistanı bu oyunlara çəkirlər. Ermənistan istəsə də, istəməsə də bu qüvvələrin əlində əsirə çevrilib. Elə buna görə də Ermənistan revanşist qüvvələrdən əl çəkə bilmir, həmin qüvvələrin təsirindən çıxa bilmir. Nəticə etibarilə qısamüddətli fasilələrdən sonra yenidən tərəflər arasında gərginliyin baş verməsi, hərbi toqquşmanın olması insan itkisinə, dağıntılara səbəb olub. Təəssüflə qeyd etməliyəm ki, şəhid olan əsgərlərimiz var. Hesab edirəm ki, bu məsələnin qısa bir zamanda tam həll olunması üçün iki yol var, ya beynəlxalq güclərdən bu məsələnin həllini tələb etməliyik, ya da özümüz bu məsələyə son qoymalıyıq. Ermənistanın bu addımları uzunmüddətli gərginliyin saxlanılmasına hesablanıb".
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin ötən gün törətdiyi təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub.
//Rəna Həsənova