"Ermənistanın 2018-ci ildən məqsədi ölkəyə kənar qüvvələrin cəlb edilməsi olub”.
Bu sözləri Faktmedia.az-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, Paşinyanı hakimiyyətə gətirən qüvvələr onun qarşısına məhz belə bir təlimat qoyublar:
“Həmin dövrdən etibarən hələ 44 günlük vətən müharibəsindən öncə baş verən hadisələr də, Ermənistan rəhbərliyinin belə bir öhdəliyi olduğunu təsdiqləyir. Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribat hadisələrdə bütün istiqaməti məqsədyönlü şəkildə kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanın təhlükəsizliyinə verə bilmədiyini daha qabarıq şəkildə göz önündə sərgiləsin".
E. Mirzəbəyli əlavə edib ki, Ermənistana xarici dövlətlərin silahlı qüvvələrin cəlb edilməsi üçün bir zəmin formalaşdırsın:
"Bu günki hadisələr də eyni prosesin davamı və təlimatların icrasıdır. Söhbət Ermənistan ərazisində xarici qüvvələrin yerləşdirilməsindən gedirsə bu məsələdə şübhəsiz ki, ilk növbədə Təhlükəsizlik müqaviləsi və Ermənistanın hərbi siyasi müttəfiqi Rusiyanın mövqeyi ortada olmalıdır".
Havar Şəfiyeva