"Rəsmi Ermənistan Azərbaycan tərəfindən təklif olunan sülh gündəliyini dəstəkləməkdə o qədər də maraqlı deyil. Bunun bir neçə səbəbi var".
Bu barədə Faktmedia.az-a politoloq Amid Əliyev deyib.
"Birincisi, Ermənistan rəsmi olaraq məğlubiyyət sindromunu həzm edə bilmir. Həm erməni cəmiyyəti, həm də erməni siyasi hakimiyyəti bununla barışa bilmir. İkincisi, bu işdə Ermənistana dəstək olan siyasi, iqtisadi dairələr və dövlətlər var. Məsələn: Fransa, İran və Rusiyadır. Məhz bu dövlətlərin bölgədəki maraq dairələrini saxlamaq cəhdləri sülh sazişinin imzalanmasını gecikdirir. Ermənistan isə bundan vaxt udaraq hər səfə sərsəm və tərəddüdlü bəyanatlar verir. Məqsəd isə birdir, vaxt qazanmaq, beynəlxalq iştirakçıları prosesə cəlb etməkdir.Ermənistan tərəfindən son günlər hərbi ritorikanın artaması ilə bağlı faktlar artıq ortadadır. Bu da səbəsiz deyil. Ermənistan ciddi cəhdlə Azərbaycanı təxribata sövq edir və bu işdə ona dəstək olan bir sıra Qərb dövlətləri və yuxarıda qeyd etdiyimiz dövlətlər var. Məqsəd beynəlxalq arenada Azərbaycanı işğalçı və mülkü əhalini nişana alan dövlət kimi tanıtdırmaqdır. Eyni zamanda Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərin separatçı qurumun rəhbərləri tərəfindən Azərbaycana qarşı qızışdırılması və ziddiyyətin daha da kəskinləçdirilməsidir. Bu məsələdə isə RF və İranın rolu xüsusidir. RF öz missioneri olan Vardanyanala bir sıra çirkin olanlarını icra edərək Azərbaycan və Erməni icnaları arasında yaxınlaşmaya və inteqrasiyaya mane olmaq istəyir", - deyə Amid Əliyev əlavə edib.
Havar Şəfiyeva