Qərbi Afrika ölkəsi olan Nigeriya difteriya epidemiyası ilə mübarizə aparır.
Faktmedia.az xəbər verir ki, epidemiyaya yoluxanların sayı 9 min 500-ə yaxınlaşıb.
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamaya görə, 1 yanvar-19 oktyabr tarixləri arasında difteriya 20 ştatın 137 rayonunda, eləcə də paytaxt Abucada yayılmağa davam edib.
Bu müddət ərzində 15 min 60 şübhəli difteriya hadisəsi qeydə alınıb və 9 min 478-in analizlərinin nəticəsi müsbət olub.
Bildirilib ki, ölkənin 19 ştatında difteriyaya yoluxmuş uşaqların 98 faizi peyvənd olunmayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Nigeriyada difteriya hallarının artması səbəbindən epidemiyaların ikinci dalğasının olduğunu təsdiqləyib.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) epidemiya ilə mübarizə çərçivəsində sentyabr ayında bu ölkəyə 9,3 milyon doza vaksin göndərib.
Rəna Həsənova