Nigeriyanın Səhiyyə və Sosial Rifah Naziri Məhəmməd Pate ölkədə başlayan difteriya epidemiyası ilə mübarizə üçün Səhiyyə Nazirliyinin başlatdığı peyvənd kampaniyası çərçivəsində rəsmilərlə görüşüb.
Faktmedia.az xəbər verir ki, Nazir ölkədə difteriyaya yoluxmuş uşaqların 98 faizinin peyvənd olunmadığını bildirib.
O qeyd edib ki, ölkəsinin 19 əyalətində difteriyaya yoluxmuş uşaqların 98 faizi peyvənd olunmayıb:
"Valideynlərin uşaqlarını peyvənd etmə mədəniyyətini mənimsəmə vaxtıdır. Uşaqlarımızı xəstəliklərdən qoruya biləcəyimiz yeganə yol budur”.
Pate açıqlamasında ölkədə artan difteriya epidemiyasının narahatlıq doğurduğunu və hökumətin epidemiya ilə mübarizə üçün müxtəlif addımlar atdığını bildirib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Nigeriyada difteriya hallarının artması səbəbindən epidemiyaların ikinci dalğasının olduğunu təsdiqləyib.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) epidemiya ilə mübarizə çərçivəsində Nigeriyaya 9,3 milyon doza vaksin göndərib.
Rəna Həsənova