Nigeriya Hərbi Dəniz Qüvvələri Rivers əyalətində neft qaçaqmalçılarına qarşı əməliyyatlar həyata keçirdiyini açıqlayıb. Açıqlamada qeyri-qanuni fəaliyyət göstərən 3 milyon litr neft tutumu olan neft emalı zavodunun dağıdıldığı bildirilib.
Bildirilib ki, 200-dən çox qeyri-qanuni neft emalı zavodunun fəaliyyət göstərdiyi Nigeriyada bu il artan neft oğurluğu və boru kəmərlərinə hücumlar nəticəsində 3 milyard dollardan çox ziyan vurulub.
Nigeriyanın müəyyən edilmiş neft ehtiyatları təxminən 37 milyard barreldir və dünya ehtiyatlarının 3,1 faizini təşkil edir.
Xam neft hasilatında dünyanın ilk 15 ölkəsi arasında yer alan Nigeriya dünyada ən çox neft ehtiyatına malik 8-ci, neft ixracına görə isə 6-cı ölkədir.
Xəyalə Xəlilova