Azərbaycanda 2022-ci ildə 33 milyon tona yaxın neft hasil olunub, onun 26 milyon tona yaxını, yəni təxmini 81 faizi ixrac olunub. Qaz hasilatı isə 46,7 milyard kub metr olub ki, onun da 48 faizi, yəni 22 milyard kub metri ixrac olunub.
Bunu Faktmedia.az-a iqtisadçı Eldəniz Əmirov deyib. Ekspert bildirib ki, hər kub metr qaz, hər ton neft ölkəyə adekvat olaraq valyuta axını deməkdir:
"Bu da, təbii olaraq ölkə iqtisadiyyatında həm büdcənin formalaşmasında, həm də digər iqtisadi sahələrin aktivliyinin qorunmasında mühüm rol oynayır. Büdcənin formalaşmasında neft faktorundan olan gəlirlərin rolu böyükdür..Eyni zamanda, birbaşa dövlər neft fondundan transferlər var, hansı ki, bu müxtəlif illərdə 10 milyard, 12 milyard və yaxud da daha az olub.Son dövrlərdə isə, qaz gəlirləri neft gəlirlərinə bərabər olduğu üçün, qazın da ölkə üzrə hasilat potensialı daha çoxdur. 2,6 trilyon kyb metr qaz ehtiyatımız vardır. Yaxın 80-100 il ərzində ölkədə qaz hasilatı həyata keçiriləcək, bu da ölkəyə valyuta axınını təmin edəcək. Amma neft hasilatı azalmağa doğru gedir. Buna görə də qeyri-neft sektoruna önəm verilməsi vacibdir".
Rəna Həsənova