Bakı metrosunun bəzi stansiyalarının keçidləri bazarı xatırladır. Sanki hansısa bir bazardır və insanlar alış-veriş üçün gəlib. Bu bazar insanların metroya gediş-gəlişi üçün də maneə törədir. Vitrinlər yola düzülüb, insanlar çiyin-çiyinə sürtünüb getməli olurlar. Bu neçə ildir belədir, nədənsə bu hal aradan qaldırılmır. Bəs nə vaxtsa bu bazar metro girişlərindən yığışdırılacaq?
Mövzu ilə bağlı
Faktmedia.az-a Bakı Metropoliteni ASC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metropolitenə aid keçidlərdə və həmçinin vestibüllərdə yalnız sərnişin və hərəkət təhlükəsizliyinə zidd olmayan zonalarda var:
"Amma konkretləşdirək, çünki bəzən metroya aid olmayanları da yanlışlıqla metronun məsuliyyətində olması gümanı olur".
Bəxtiyar Məmmədov əlavə edib ki, "20 Yanvar" metrostansiyasın keçidləri Bakı Metropolitenin keçidlərinə aid deyil.
Rəna Həsənova